“General Motors” ABŞ-də 270 mindən çox avtomobili geri çağırır


“Chevrolet”, “Buick”, GMC və “Cadillac” avtomobillərini istehsal edən Amerika avtomobil istehsalçısı “General Motors” (GM), arxa görüntü kamerasının nasazlığı səbəbindən ABŞ-də 271.700 avtomobili geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, geri çağırılma “Chevrolet Malibu” sedanlarına aiddir. Bildirilib ki, nasazlıq arxa görüntü kamerasından gələn görüntünün monitorda göstərilməməsi və ya təhrif olunmuş şəkildə ötürülməsi ilə bağlıdır. GM dilerləri diaqnostika aparacaq və kameraları dəyişdirəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top