
İranın “Mehr” agentliyi İranın ABŞ və İsrail ilə atəşkəs üçün 10 maddəlik təklifini dərc edib.
Yeniavaz.com xəbər verir ki, 10 maddəlik təklifə aşağıdakılar daxildir:
- İrana qarşı təcavüzdən imtina etmək;
- Hörmüz boğazı üzərində İranın nəzarətini qorumaq;
- Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
- Bütün əsas sanksiyaların ləğv edilməsi;
- Bütün ikinci dərəcəli sanksiyaların ləğv edilməsi;
- BMT Təhlükəsizlik Şurasının İranla bağlı bütün qətnamələrinin ləğv edilməsi;
- Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün qətnamələrinin ləğv edilməsi;
- İrana kompensasiya ödənilməsi;
- Amerika qoşunlarının bölgədən çıxarılması;
- Livanda “Hizbullah”a qarşı müharibə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoyulması.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media hesabında iki həftəlik atəşkəsdən əvvəl İrandan 10 maddəlik təklif aldıqlarını etiraf edib. Onun sözlərinə görə, Tehran ona danışıqlar üçün məqbul əsas təşkil edən 10 maddəlik təklif verib. Bununla belə, Tramp Yaxın Şərqdə sülhə dair yekun razılaşma əldə etmək üçün iki həftəlik müddətə ehtiyac olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz