Van Qoqun naməlum rəsm əsəri tapıldı


Macarıstanda Vinsent van Qoqun naməlum rəsm əsəri aşkar edilmiş ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Blikk” nəşri macar incəsənət tarixçisi Zsofia Veqvariyə istinadən məlumat yayıb.
Mütəxəssislər Budapeştdə xarici kolleksiyaçı tərəfindən müayinə üçün təqdim edilən bir neçə əsəri araşdırarkən “Arlesdə rəqs zalı”nın (1988) bir versiyasını aşkar ediblər. Orijinal əsər Parisdəki Orse muzeyində saxlanılır.
20 ildir Budapeştdə Rəsm Tədqiqat Laboratoriyasına rəhbərlik edən Veqvari hesab edir ki, boyaların, kətanların, astarın və digər materialların təhlilinə əsasən, rəsmin 1885-1890-cı illər arasında yaradıldığı və həqiqətən də van Qoq tərəfindən yaradıldığı qənaətinə gəlmək olar.
O qeyd edib ki, rəssamlar tez-tez eyni mövzuda birdən çox əsər yaradırlar və Vinsent bu təcrübəni kiçik qardaşı Teoya yazdığı məktublarda dəfələrlə qeyd edib. 
Nəşr tapıntını potensial olaraq 21-ci əsrin ən maraqlı sənət kəşflərindən biri adlandırır.

DİGƏR XƏBƏRLƏR

Top