
“İsrail Baş naziri Benyamin Netanyahu İordaniya Kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi görüşdən imtina edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya kanalı olan “Kan” məlumat yayıb.
Kanalın İsrail və İordaniyadan olan mənbələrinə görə, Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammana müraciət edib.
Qeyd edilib ki, görüşün məqsədi ABŞ-yə İsrail və İordaniyanın, xüsusən də Qəzzada atəşkəsdən sonra yaxşı münasibətdə olduğunu çatdırmaq idi:
“Bu tələbə cavab olaraq Haşimilər Krallığı bir sıra məsələlərə, o cümlədən Fələstin dövlətinin yaradılması perspektivlərinə, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınmasına, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsinə və İordan çayının qərb sahilində yəhudilər tərəfindən törədilən zorakılıq məsələsinə aydınlıq gətirilməsini tələb edib.
İsraildən alınan cavablar İordaniya tərəfini qane etməyib və Netanyahuya kralla görüşmək kimi siyasi nailiyyət vermək istəyinin olmadığı və İsraillə gələcək əlaqələrin pərdəarxası təhlükəsizlik kanalları vasitəsilə təmin edilə biləcəyi qərara alınıb”.
Tətbiqimizi yükləyə bilərsiniz