
Xaricdəki bir çox iranlı vətənə qayıtmaq məsələsində çətin vəziyyətlə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşım edib.
“Bir çox xarici tərəfdaşımız onların təxliyəsində bizə kömək edib. Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə və hətta Səudiyyə Ərəbistanı hökumətlərinə təxliyələrdə göstərdikləri əməkdaşlığa görə təşəkkür etməliyəm. Pakistan da daxil olmaqla qonşularımız da əhəmiyyətli kömək göstəriblər”, – deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz