
İstanbulun Fatih rayonu ərazisində yerləşən yaşayış binasında baş verən güclü partlayış ciddi dağıntılara səbəb olub.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, ilkin ehtimallara əsasən, hadisə təbii qaz sızması nəticəsində baş verib.
Partlayış nəticəsində iki bitişik bina uçub. Hadisə yerinə dərhal çoxsaylı polis əməkdaşları, yanğınsöndürən briqadalar, təcili tibbi yardım qrupları və AFAD əməkdaşları cəlb olunub. Ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılıb.
İlkin məlumatlara görə, dağıntılar altında beş nəfərin qaldığı bildirilib. Xilasetmə qruplarının operativ müdaxiləsi nəticəsində həmin şəxslərin hamısı dağıntılar altından çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz