
Hörmüz boğazı yalnız regionda silahlı qarşıdurma bitdikdən və Tehranın şərtləri tam yerinə yetirildikdən sonra sərbəst naviqasiya üçün açılacaq.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi bildirib.
Həmçinin, o əlavə edib ki, Tehranın tələblərini yerinə yetirməyən istənilən atəşkəs planı İran üçün qəbuledilməz olacaq.
O, müharibəyə son qoymaq üçün mümkün diplomatik həll yolunun İrana kompensasiya ödənilməsi, qonşu ölkələrdəki müqavimət qruplarına hücumların dayandırılması və İsrail qoşunlarının Livandan çıxarılması olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz