İsraildə fevralın 28-dən neçə nəfər xəsarət alıb?


28 fevraldan bəri İsraildə İran və Livandan raket hücumları nəticəsində 3369 nəfər xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 28-i “Aslanın nəriltisi” əməliyyatının başlanğıcından martın 16-na qədər 3369 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 81-i hazırda xəstəxanadadır”, - bəyanatda deyilir.
Nazirlik əlavə edib ki, bir qurbanın vəziyyəti kritik, yeddisinin vəziyyəti ağır, 14-ünün vəziyyəti orta, digər 59 yaralının vəziyyəti isə yüngül qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top