Gecə Bakıda dron səsləri eşidilib – Video


Sosial şəbəkələrdə gecə Bakıda dron uçması ilə bağlı məlumat və görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən görüntülərdə pilotsuz uçan aparatlara (PUA) məxsus səsin eşidildiyi müşahidə edilir.
Kadrlar istifadəçilər arasında müzakirələrə səbəb olub.

Hərbi ekspert Ədalət Verdiyev bu gecə Bakı səmasında müşahidə olunan PUA-ların Azərbaycana aid olduğunu bildirib:
“Uçuşlar paytaxtın  hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyindən Manset.az-a bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top