
Kiprdə 28 yaşlı azərbaycanlı və onun 27 yaşlı estoniyalı partnyoru Estoniyaya deportasiya edilib.
Yeniavaz.com “Kiprinform”a istinadən xəbər verir ki, cütlük fevralın 27-də Larnaka, Limasol və Pafosda İsrail əmlakını izləyib, fotoşəkil çəkdiklərinə görə həbs ediliblər.
Rayon məhkəməsi onları terrorizmdə şübhəli bilərək həbs qərarı verib.
Cütlüyün həbsindən qısa müddət sonra polis sözçüsü Viron Vyronas bildirib ki, hakimiyyət orqanları şübhəlilərin Kiprdə xarici yardım alıb-almadığı barədə məhdud məlumata malikdir. O əlavə edib ki, polis onların xarici kəşfiyyat xidmətləri adından hərəkət etdiyinə dair heç bir dəlil tapmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz