
Şimali Koreyanın ballistik raket buraxdığı düşünülür.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, raket artıq düşüb.
“Yonhap” Xəbər Agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə doğru “naməlum mərmi” atıb.
Cənubi Koreya mərminin uçuş məsafəsi də daxil olmaqla, uçuş məlumatları haqqında məlumatları təhlil edir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 27-si ballistik raketlər buraxıb. Koreya Respublikası və ABŞ 9-19 mart tarixlərində birgə “Azadlıq qalxanı” təlimləri keçirir.
Tətbiqimizi yükləyə bilərsiniz