
“Meta” şirkətinə məxsus “WhatsApp” messenceri azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesablar tətbiq etməyə başlayıb.
Yenuavaz.com xəbər verir ki, bu barədə “GSMArena” portalı məlumat yayıb.
Yeni funksiya xidmətin istifadəsini mesajlar və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər uşaqlarının hesabını, o cümlədən onlarla kimin əlaqə saxlayacağını və hansı qruplara qoşulacağını idarə edə biləcəklər.
Onlar həmçinin naməlum kontaktlardan gələn mesaj sorğularına baxa və məxfilik parametrlərini idarə edə bilərlər. Bu parametrlərə giriş altı rəqəmli valideyn PIN-i ilə qorunur.
Qeyd edilib ki, funksiya qlobal miqyasda mərhələli şəkildə tətbiq olunur. Ona görə də, giriş tədricən baş tutacaq. Yeni funksyanı aktivləşdirmək üçün uşağınızın cihazına “WhatsApp” quraşdırın, qeydiyyat zamanı “Valideyn tərəfindən idarə olunan hesab yarat” seçimini edin, onun telefon nömrəsini və doğum tarixini təsdiqləyin, sonra QR kodundan istifadə edərək uşağın hesabını sizin hesabınızla əlaqələndirin və PIN kod təyin edin.
Tətbiqimizi yükləyə bilərsiniz