
Donald Trampın İranla müharibənin gedişi barədə dəyişkən ictimai açıqlamalarını Ağ Ev daxilində gedən mürəkkəb müzakirələr formalaşdırır.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Trampın müşavirlərinin ən çox müzakirə etdiyi mövzu isə, münaqişə Yaxın Şərq boyunca genişləndiyi halda qələbənin nə vaxt və necə elan ediləcəyidir.
“ABŞ və İsralin İrana qarşı hücumları fonunda bəzi rəsmilər və məsləhətçilər artan benzin qiymətlərinin Tramp üçün siyasi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edir. Digər tərəfdən isə bəzi sərt mövqeli şəxslər prezidentə İrana qarşı hücumu davam etdirməsi üçün təzyiq göstərirlər”, - nəşr yazır.
Bildirilir ki, pərdəarxası manevrlər, ötən il “axmaq hərbi müdaxilələr”dən yayınmağa söz verərək yenidən vəzifəyə qayıdan Donald Trampın ölkəni qlobal maliyyə bazarlarını sarsıdan və beynəlxalq neft ticarətini pozan müharibəyə cəlb etməsindən təxminən iki həftə sonra üzləşdiyi yüksək riskləri göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz