Bağdaddakı ABŞ diplomatik kompleksi PUA hücumuna məruz qalıb


Bağdaddakı ABŞ diplomatik korpusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Bağdad hava limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən və ABŞ diplomatik korpusuna lojistik dəstək verən diplomatik mərkəzə altı PUA hücum edib.
Mənbələrin bildirdiyinə görə, onlardan beşi vurulub.
WP-nin məlumatına görə, pilotsuz təyyarənin hücumu müşahidə qülləsinin yaxınlığında baş verib.
Tələfat barədə məlumat verilməyib.
Qəzetin mənbələri qeyd edir ki, ABŞ administrasiyası pilotsuz təyyarənin hücumuna görə məsul şəxsləri müəyyənləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top