
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvandan- Bakıya "J2 252" saylı reyslə yola düşən sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
Xatırladaq ki, İrandan həyata keçirilən dron hücumları səbəbilə bir müddətdir Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı.




Tətbiqimizi yükləyə bilərsiniz