Tramp İran üçün “yaxşı bir lider” istəyir...


ABŞ administrasiyası hərbi əməliyyatlar başa çatdıqdan sonra İrana rəhbərlik etmək üçün bir neçə mümkün namizədi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.
“Biz istəyirik ki, onların yaxşı lideri olsun. Bu vəzifənin öhdəsindən gələ biləcək bir neçə namizədimiz var”, - o  qeyd edib.
Ancaq Tramp konkret namizədlərin adını çəkməkdən imtina edib.
Tramp həmçinin bildirib ki, ABŞ onun siyahısındakıların hərbi əməliyyat zamanı ölməməsi üçün tədbirlər görür.
O, buna görə vəziyyətə nəzarət etdiklərini qeyd edib.
“Biz (İrana) gəlib hər şeyi təmizləmək istəyirik. Biz istəmirik ki, kimsə gəlib 10 il ərzində hər şeyi yenidən bərpa etsin”, - ABŞ Prezidenti əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top