
Fevralın 28-də “Aslanın nəriltisi” əməliyyatının başlamasından bəri İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İrandakı hədəflərə 4000 sursat atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri İrandakı təxminən 300 raket buraxıcı qurğusunu məhv edib.
“Bu, İsrail ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə buraxılış qurğularını və raket anbarlarını aşkar etmək və məhv etmək üçün 1600-dən çox uçuşun və sistematik şəkildə gecə-gündüz aparılan əməliyyatların nəticəsidir”, - mətbuat xidməti qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz