ABŞ yenidən İrana qarşı B-2-ləri “işə saldı”


ABŞ və İsrail tərəfindən İranda vurulan hədəflərin sayı 2000-i keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, zərbələrə İranın komandanlıq və idarəetmə mərkəzləri, SEPAH qərargahı, ballistik raket mərkəzləri və hərbi rabitə obyektləri daxil olub.
Əməliyyat zamanı beşinci nəsil F-22 və F-35 qırıcıları, Amerika “MQ-9 Reaper” hücum kəşfiyyat dronları və “B-2 Spirit” strateji bombardmançılarından istifadə edilib.
“Ötən gecə ABŞ-nin B-2 gizli bombardmançı təyyarələri İranın bərkidilmiş ballistik raket obyektlərinə zərbələr endirib. Heç bir xalq Amerikanın qətiyyətinə şübhə etməməlidir”, - ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top