ABŞ iqtisadiyyatının həcmi açıqlandı


ABŞ iqtisadiyyatı 2024-cü ildəki 2,8%-lik artıma qarşı 2025-ci ildə 2,2% böyüyüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu rəqəm ABŞ Prezidenti Donald Trampın tarif müharibəsinə başlaması və hökumətin fəaliyyətini dayandırması ilə əlaqədar 2020-ci ildən bəri ən aşağı göstərici olub.
Buna baxmayaraq, İT sektoruna investisiya həcminin sürətlə böyüməsi, həmçinin, ilk üç rübdə ixracın əhəmiyyətli dərəcədə artması kəskin yavaşlamanın qarşısını alıb.
Bundan əlavə, 2025-ci ilin dördüncü rübündə ÜDM illik müqayisədə 1,4% artıb, 2025-ci ilin üçüncü rübündə isə bu rəqəm 4,4% olub (son iki ilin ən yüksək göstəricisi).
Analitiklər 2026-cı ildə daha sürətli iqtisadi artım gözləsələr də, bəzi sahələrdə qeyri-müəyyənlik hələ də qalır.
Qeyd edək ki, fevralın 20-də Ali Məhkəmə Tramp tərəfindən tətbiq edilən bəzi tarifləri qanunsuz hesab edib. Buna cavab olaraq, Tramp müvəqqəti olaraq müəyyən idxal tariflərini 10%-dən 15%-ə qaldırıb. Tarif siyasətindəki bu dəyişikliklər ABŞ ticarət tərəfdaşlarının uyğunlaşması və cavab tədbirlərinin hazırlaması üçün vaxt tələb edəcək.

DİGƏR XƏBƏRLƏR

Top