Sarkisyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi


Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyana qarşı başlanan yeni cinayət işi çərçivəsində ölkədən çıxışına qoyulan qadağa ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məlumat yayıb.
Qeyd edək ki, epizod 2019-cu ildə mərhum iş adamı Mixail Baqdasarovun ifadəsi əsasında başlanan işə aiddir. Bu işin bir hissəsi olaraq Serj Sarkisyanın ölkədən çıxışı bloklanmışdı.
“Serj Sarkisyana qarşı 1998-2010-cu illərdə Rusiyada yaşamış iş adamı Mixail Baqdasarovdan xüsusilə külli miqdarda rüşvət tələb etməsi və alması faktı ilə bağlı ictimai cinayət işi başlanıb. Bu, Ermənistan Respublikasında güzəştli şərtlərlə biznes aparmaq müqabilində əldə edilən gəlirin yarısını S. Sarkisyana ötürməklə özünü göstərib”, - deyə prokurorluğun məlumatında qeyd olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top