BMW 500 mindən çox avtomobili geri çağırır


BMW şirkəti yanğın təhlükəsi ilə əlaqədar dünya üzrə 500 mindən çox avtomobili geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.  
Məlumata görə, yoxlamalar zamanı mühərriki işə salarkən starterdə həddindən artıq qızmaya səbəb ola biləcək potensial qısaqapanma müəyyən edilib.
Bu problem əsasən, BMW 2 seriyasından kupe modelində, 3, 4 və 5 seriyasının bir neçə variantında, 6 seriyasından “Gran Turismo” modelində, 7 seriyasından “Limousine” modelində, eləcə də, BMW X4, X5, X6 və Z4 modellərində aşkar edilib.
Hələlik şirkətdən rəsmi məlumat verilməsə də, geri çağırılmanın Almaniyada 28,6 minə yaxın avtomobili əhatə edəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top