Britni Spirs musiqilərinin hüquqlarını 200 milyona satdı


Britni Spirs bütün musiqi kataloqunun hüquqlarını “Primary Wave” şirkətinə satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, təxminən 200 milyon dollar dəyərində olan müqavilə 30 dekabrda bağlanıb.
“Primary Wave” əvvəllər reper “Notorious B.I.G.”, müğənni Prins və Uitni Hyustonun əmlakının hüquqlarını da əldə edib.
Şirkət BBC-nin şərh sorğusuna cavab verməyib, Spirsin nümayəndələri isə şərh verməkdən imtina ediblər.
Nəşrin məlumatına görə, Spirs dünyada 150 milyondan çox albom satan ən çox satılan qadın sənətçilərdən biridir. Onun kataloquna 1999-cu ildə debüt etdiyi vaxtdan bəri buraxılan doqquz studiya albomu daxildir. 2023-cü ildə Spirs “Məndəki qadın” adlı memuarlarını nəşr etdirib və orada çəkdiyi travmadan bəhs edib. 2024-cü ilin yanvar ayında müğənni heç vaxt musiqi sənayesinə qayıtmayacağını açıqlayıb. Onun son mahnısı 2022-ci ildə çıxan Elton Conla duet olub.

DİGƏR XƏBƏRLƏR

Top