Dubay ötən il rekord sayda turist qəbul edib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri 2025-ci ildə təxminən 20 milyon turist qəbul edərək, rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dubay rəhbərliyinin mətbuat xidməti “Dubai Media Office” məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Dubaya gedən turistlərin sayı əvvəlki illə müqayisədə 5% artaraq, 19,59 milyona çatıb.
Həmçinin bildirilib ki, Dubay keçən ilin dekabr ayında ilk dəfə olaraq, bir təqvim ayı ərzində 2 milyondan çox turist qəbul edib.  
Digər tərəfdən, Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatına görə, Dubaya gedən turistlərin çoxu Qərbi Avropadan olub (ümumi sayın 21%-i).
Həmçinin Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası, Şərqi Avropa, MDB və Cənubi Asiya ölkələrindən gedən turistlərin sayı da çoxluq təşkil edib: hər biri üçün 15%.

DİGƏR XƏBƏRLƏR

Top