Daha bir CHP-li bələdiyyə sədri AKP-yə keçir


Türkiyənin paytaxtı Ankaranın ən böyük rayonu olan Keçiörenin bələdiyyə sədri Mesut Özarslanın Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist İsmail Saymaz məlumat yayıb.
O bildirib ki, yaxın günlərdə Özarslan bələdiyyə məclisindəki bir neçə nəfərlə birlikdə CHP-dən istefa verərək hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulacaq.
Qeyd edək ki daha əvvəl də bir neçə bələdiyyə sədri və deputat CHP-dən istefa verərək AKP-yə keçib.

DİGƏR XƏBƏRLƏR

Top