Azərbaycan vətəndaşlarına adambaşına nə qədər borc düşür?


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 987,5 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət borcu 2025-ci il üzrə qeydə alınan 129 milyard manat məbləğində faktiki Ümumi Daxili Məhsulun (ÜDM) 20,1%-ini təşkil edib.
Qeyd olunur ki, ümumi dövlət borcunun 8 milyard 183 milyon manatı (4 milyard 813,5 milyon dollar) və ya 31,5%-i xarici dövlət borcunun, 17 milyard 804,5 milyon manatı və ya 68,5%-i daxili dövlət borcunun payına düşüb.
Müqayisə üçün bildirək ki, son bir ildə xarici dövlət borcu 316,2 milyon dollar və ya 6,2%, daxili dövlət borcu isə 855,2 milyon manat və ya 4,6% azalıb.
Açıqlanan son məlumata görə, Azərbayacn əhalisinin sayı 10 milyon 259,7 min nəfər olub. Bu isə o deməkdir ki, hər bir Azərbaycan vətəndaşına düşən borc məbləği 2 533 manatdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top