
Elan saytlarında yerləşdirilən avtomobillər arasında ciddi qiymət fərqləri müşahidə olunur.
Yeniavaz.com ölkənin aparıcı avtomobil elan saytlarında yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, hazırda satışda olan ən ucuz avtomobillərdən biri 1983-cü il istehsalı “LADA (VAZ) 2106” markalı avtomobildir.

Bu avtomobilin yürüşünün 225 min kilometr olduğu qeyd olunub. Avtomobil 900 manata satışa çıxarılıb.
Ən ucuz avtomobillər sırasında 1996-cı il istehsalı olan “Hyundai Sonata” markalı avtomobil də yer alır. Bu avtomobilin yürüşü isə 236 min kilometrdir. Satış qiyməti 1 000 manat təşkil edir.

Digər ucuz avtomobil isə 2003-cü il istehsalı “LADA (VAZ) Oka” markalı avtomobildir. 128 min kilometr yürüşü olduğu qeyd olunan bu avtomobil də 1 000 manata təklif olunur.
Ən bahalı avtomobillər siyahısında 2025-ci il istehsalı “Bentley Continental GTC” modeli yer alır. Hibrid mühərriklə təchiz olunan avtomobilin yürüşü 0 kilometrdir. Avtomobilin satış qiyməti 883 min manat təşkil edir.

Digər bahalı avtomobil 2025-ci il istehsalı “Rolls-Royce Cullinan” modelidir. Benzin mühərriki ilə təchiz edilən avtomobilin cəmi 50 kilometr yürüşü var. Avtomobil 2 milyon 677 min manata satışa çıxarılıb.

Hazırda satışda olan ən bahalı avtomobil isə 2023-cü il istehsalı “Bugatti Chiron Pur Sport” modelidir. Benzin mühərriki ilə təchiz olunan avtomobilin yürüşü 9 334 kilometrdir. Avtomobilin satış qiyməti 7 milyon 555 min manatdır.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz