İran ABŞ-ni İsrailə zərbə ilə hədələdi


ABŞ Tehrana qarşı təcavüz edərsə, İsrail İran üçün qanuni hədəfə çevriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Ali Liderinun müşaviri Əli Şamxani “Al-Mayadeen” telekanalına verdiyi müsahibədə xəbərdarlıq edib.
Xameneinin müşaviri qeyd edib ki, zərbələrin miqyası ABŞ-nin hərəkətlərindən və addımlarından asılı olacaq.
“Bizim cavabımız mütənasib olmalıdır”, - Əli Şamxani qeyd edib.
Qeyd edək ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru “nəhəng bir armada”nın hərəkət etdiyini bildirib. Amerika lideri xatırladıb ki, ABŞ 2025-ci ilin iyun ayında İslam Respublikasındakı nüvə obyektlərinə “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırılan hücumlar həyata keçirib. O, növbəti hücumun daha da pis olacağı barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top