Mask bu şirkətləri birləşdirdi


Amerikalı milyarder və iş adamı İlon Maskın “SpaceX” kosmik şirkəti onun “xAI” süni intellekt (Sİ) şirkəti ilə birləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “SpaceX” şirkətinin mətbuat üçün bəyanatında öz əksini tapıb.
Bəyanata görə, süni intellektin inkişafı çoxlu miqdarda enerji tələb edir, lakin Yer kürəsində ətraf mühitə zərər vermədən onu tam istehsal etmək üçün kifayət qədər resurs yoxdur.
İki şirkət arasında bu birləşmə gələcəkdə süni intellekt məlumat mərkəzlərinin kosmosda yerləşməsinə və günəş enerjisi ilə təchiz olunmasına imkan verəcək.
Digər tərəfdən, İlon Mask “xAI”nin “SpaceX”lə birləşməsinin Yer üzündə və ondan kənarda ən iddialı, şaquli inteqrasiya olunmuş innovasiya mühərriki yaratmaq məqsədi daşıydığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top