
“Forsaj” franşizasının növbəti hissəsinin tarixi rəsmi olaraq təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə franşizanın baş qəhrəmanı və prodüseri Vin Dizel sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, filmin premyerası 2028-ci ilin martın 17-də planlaşdırılır.
Dizel, iyirmi illik franşızanın bu hissəsinin “sonun başlanğıcı” olduğunu bildirib.
“Forsaj: Əbədi” Dominik Toretto və heyətinin taleyini havada qoyan “Forsaj: X” in hadisələrini davam etdirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz