
Kriptovalyuta bazarında son bir həftə ərzində müşahidə olunan göstəricilər ümumi eniş tendensiyasının davam etdiyini ortaya qoyur.
Yeniavaz.com xəbər verir ki, aparıcı kriptovalyutaların hamısı həftəlik müqayisədə dəyər itirib.
Bazarın ən böyük aktivi olan “Bitcoin” son bir həftədə 12,11% ucuzlaşaraq 77 min 477 dollar səviyyəsinə enib. 1,53 trilyon dollarlıq bazar kapitallaşmasına baxmayaraq, “Bitcoin”dəki bu geriləmə ümumi bazara mənfi təsir göstərib.
“Ethereum” (Ether) isə daha sərt enişlə üzləşib. Son bir həftədə “Ethereum”un qiyməti 22,10% azalaraq 2 min 275 dollar səviyyəsində qərarlaşıb. Bu göstərici əsas altkoinlər arasında ən zəif nəticələrdən biri hesab olunur.
Altkoin bazarında da kəskin itkilər qeydə alınıb. “Polkadot”, “Chainlink”, “Sui”, “Avalanche” və “Uniswap” kimi layihələrdə həftəlik itkilər 15–22% aralığında dəyişib. Nisbətən daha dayanıqlı performans isə “Tron” (-4,27%) və “Bitcoin Cash” (-9,06%) tərəfindən nümayiş etdirilib.
Stabilkoinlər – “Tether” (USDT), “USD Coin” (USDC), “Dai” və “Ethena USDe” – həftəlik müqayisədə demək olar ki, dəyişməyərək 1 dollar ətrafında sabitliyini qoruyub.
Ümumilikdə, həftəlik göstəricilər kriptovalyuta bazarında satış təzyiqlərinin güclü olduğunu və yaxın dövrdə dalğalanmaların davam edə biləcəyini göstərir.
Aşağıda aparıcı kriptovalyutaların siyahısı və son bir həftə ərzində qiymət dəyişikliyi qeyd olunub:
Bitcoin (BTC): −12,11%;
Ethereum (ETH): −22,10%;
Binance Coin (BNB): −13,56%;
Cardano (ADA): −17,16%;
Solana (SOL): −17,28%;
Ripple (XRP): −15,55%;
Polkadot (DOT): −18,99%;
Avalanche (AVAX): −14,85%;
Polygon (MATIC): −14,51%;
Cosmos (ATOM): −12,67%;
Dai (DAI): +0,02%;
Litecoin (LTC): −15,09%;
Uniswap (UNI): −16,88%;
Algorand (ALGO): −15,73%;
Bitcoin Cash (BCH): −9,06%;
Stellar (XLM): −14,98%;
Monero (XMR): −13,60%;
Chainlink (LINK): −20,14%;
Tether (USDT): +0,01%;
USD Coin (USDC): +0,01%;
Sui (SUI): −22,29%;
Toncoin (TON): −12,21%;
Tron (TRX): −4,27%;
Ethena USDe (USDe): +0,01%;
Hedera (HBAR): −14,84%.
Məlumat üçün bildirək ki, son bir-neçə gün ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətində kəskin ucuzlaşma baş verib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz