
“CIES Football Observatory” Beynəlxalq idman araşdırmaları mərkəzi klublara məxsus akademiyaların yetirmələrinin ümumi məbləğinə görə ən yaxşı 10 klubu müəyyənləşdirib.
Yeniavaz.com xəbər verir ki, “Barselona” akademiyasının yetirmələrinin doğma klubları ilə müqavilələrinin ümumi məbləği 738 milyon avro təşkil edir ki, bu da dünyada ən yaxşı göstəricidir.
Məlumata görə, “Barselona” akademiyasının ən bahalı yetriməsi isə cinah hücumçusu Lamin Yamaldır (335 milyon avro).
İkinci yeri 286 milyon avro ilə “Mançester Siti” tutub. Onun ən bahalı yetriməsi 92 milyon avro ilə Niko O'Raylidir.
İlk üçlüyü 284 milyon avro ilə “Bavariya” tamamlayır. Onun ən bahalı yetriməsi isə 87 milyon avro ilə Camal Musialadır.
Bu göstəricilərə görə ən yaxşı 10 klubu təqdim edirik:
1. “Barselona” – 738 milyon avro, Lamin Yamal – 335 milyon avro.
2. “Mançester Siti” – 286 milyon avro, Niko O'Rayli – 92 milyon avro.
3. “Bavariya” – 284 milyon avro, Camal Musiala – 87 milyon avro.
4. “Real Madrid” – 256 milyon avro, Alvaro Karreras – 79 milyon avro.
5 “Arsenal” – 235 milyon avro, Mayls Luis-Skelli – 80 milyon avro.
6. “Çelsi” – 222 milyon avro, Levi Koulvill – 67 milyon avro.
7. “Atletik” – 211 milyon avro, Niko Uilyams – 53 milyon avro.
8. “Real Sosyedad” – 205 milyon avro, Xon Martin – 35 milyon avro.
9. PSJ – 204 milyon avro, Uorren Zair-Emeri – 87 milyon avro.
10. “Atletiko Madrid” – 186 milyon avro, Pablo Barrios – 87 milyon avro.
Tətbiqimizi yükləyə bilərsiniz