
“Qarabağ” Premyer Liqanın növbəti turunda “Turan Tovuz” üzərində minimal hesablı qələbə qazanıb.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş ağdamlıların 1:0 üstünlüyü ilə başa çatıb. Matçın taleyini 41-ci dəqiqədə Abdullah Zubirin vurduğu qol həll edib.
Bu qələbədən sonra xallarının sayını 39-a yüksəldən “Qarabağ” turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Bir oyunu ehtiyatda qalan “Turan Tovuz” isə 30 xalla üçüncü sırada yer alır.
Turun ilk qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, əvvəlki oyun günlərində “Sumqayıt” “Karvan-Yevlax”a 2:0, “Qəbələ” “İmişli”yə 3:2, “Şamaxı” “Kəpəz”ə 2:0, “Sabah” isə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz