Dubayda əsl qızıldan yeni küçə inşa olunacaq


Dəbdəbəli həyat tərzi ilə tanınan Dubay şəhəri tez-tez “küçələri qızılla döşənib” ifadəsi ilə təsvir olunur.
Yeniavaz.com
“Euronews Travel”ə istinadən xəbər verir ki, bu deyim yaxın gələcəkdə reallığa çevrilə bilər.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri şəhəri sözün əsl mənasında qızıldan ibarət küçənin açılışına hazırlaşır.
Sözügedən küçə yeni yaradılacaq “Dubay Qızıl Rayonu”nun tərkib hissəsi olacaq və qızıldan istifadə edilərək tikiləcək. Layihənin texniki detalları və qızılın hansı formada tətbiq ediləcəyi hələlik açıqlanmayıb. Qızıl Küçənin açılış tarixi də dəqiqləşdirilməyib.
Qeyd olunur ki, “Dubay Qızıl Rayonu” şəhərin tarixi “Qızıl Bazarı”nın rebrendinqi kimi təqdim olunur. Deyra rayonunda yerləşən bu ərazi hazırda qızıl və qiymətli zərgərlik məmulatlarının satışı ilə məşğul olan təxminən 1000 pərakəndə ticarət obyektini birləşdirir. “Qızıl Bazarı” Dubayın köhnə şəhər hissəsində yerləşir və ədviyyat, ətir və antikvar bazarları ilə yanaşı, turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
Məlumatda bildirilir ki,Birləşmiş Ərəb Əmirlikləri dünyanın ikinci ən böyük qızıl treyderidir. 2024–2025-ci illərdə ölkənin qızıl ixracının həcmi 53,41 milyard dollar təşkil edib. Bu göstərici Dubayın qlobal qızıl ticarətindəki mövqeyini daha da möhkəmləndirir.

DİGƏR XƏBƏRLƏR

Top