“Neftçi” “Araz-Naxçıvan” üzərində inamlı qələbə qazanıb


Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən oyunda “Neftçi” “Araz-Naxçıvan” üzərində inamlı qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.
“Ağ-qaralar”ın heyətində hesabı 4-cü dəqiqədə İqor Ribeyro açıb. Daha sonra 40-cı dəqiqədə Bassala Sambu fərqlənib. Oyunun sonlarına yaxın, 84-cü dəqiqədə Alessio Kurçi, əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Vensan Abubakar adını tabloya yazdırıb.
Bu qələbə sayəsində xal ehtiyatını 24-ə yüksəldən “Neftçi” turnir cədvəlində 7-ci mövqedə yer alıb. “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
Turun növbəti qarşılaşmasında “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq.
Xatırladaq ki, turun daha əvvəl keçirilən oyunlarında “Sumqayıt” “Karvan-Yevlax”ı 2:0, “Qəbələ” “İmişli”ni 3:2, “Şamaxı” “Kəpəz”i 2:0, “Sabah” isə “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top