“Epşteyn sənədləri”ndə adı hallanan Slovakiya baş nazirinin müşaviri istefa verdi


Slovakiya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri ABŞ tərəfindən açıqlanan sonuncu “Epşteyn sənədləri”ndən sonra istefa verib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, sənədlərdə onun mərhum Ceffri Epşteynlə “qızlar və diplomatiya” haqqında mesaj mübadiləsi apardığı göstərilir.
Robert Fiko şənbə günü yayımladığı video mesajda Miroslav Layçakın istefasını qəbul etdiyini açıqlayıb və müşaviri “diplomatiya və xarici siyasətdə inanılmaz təcrübə mənbəyi” adlandırıb.
İstefa, ABŞ Ədliyyə Nazirliyi tərəfindən üç milyon sənədin açıqlanmasından bir gün sonraya təsadüf edir.
Fayllarda Layçak da daxil olmaqla, adı çəkilən şəxslərin heç bir qanun pozuntusu aşkarlanmasa da, Epşteyn ilə əlaqəsi olanlar üçün yeni suallar yaranıb.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top