
Əfsanəvi aktrisa Ketrin O'Hara 71 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
O, “Evdə Tək” filmində Kevinin anası rolunda, eləcə də “Schitt’s Creek” televiziya serialında Moira Rouz rolları ilə şöhrət qazanıb.
Aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.
Karyerası ərzində O'Hara həmçinin “Beetlejuice”, “Best in Show” və “A High Wind” komediyalarında rol alıb, cizgi filmlərində personajları səsləndirib. O, “Emmy” və “Golden Globe” da daxil olmaqla bir neçə nüfuzlu mükafat qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz