
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Türkiyənin populyar şousu “Survivor”da yarışan həyat yoldaşı, tanınmış türkiyəli muğənni Doğuşun geri qayıtmasını istəyir.
Yeniavaz.com xəbər verir ki, o bu barədə RTV-yə müsahibəsi zamanı danışıb.
Xoşqədəm Hidayətqızı bildirir ki, həyat yoldaşının uzun müddətdir onlardan ayrı qalması ona və övladlarına yaxşı təsir göstərməyib:
“Qələbə üçün sona qədər davam etsə belə, indi deyirəm ki, xahiş edirəm geri qayıt. Çünki uşaqlar çox ağlayırlar və mən onları sakitləşdirməyə çalışıram. Bu, onların təhsilinə və gündəlik həyatına ciddi təsir göstərir. İnanın mənə, bilsəydim, getməməsi üçün yalvarardım. Amma bu, onun öz işidir və mən onun işlərinə qarışa bilmərəm”.
Qeyd edək ki, “Survivor” Türkiyənin ən baxımlı şoularından hesab edilir. İştirakçılar aylarla bir adada yaşayaraq müxtəlif yarışmalarda iştirak edir.
Xatırladaq ki, türkiyəli muğənni və azərbaycanlı aparıcı 2014-cü ildə ailə həyatı qurublar. Onların 10 yaşında əkiz uşaqları var.
Tətbiqimizi yükləyə bilərsiniz