Dollar ucuzlaşır, manatı da arxasınca sürükləyir – Bu bizə nə vəd edir?


Azərbaycanın milli valyutası – manat yanvar ayında əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında ucuzlaşıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın milli valyutasının məzənnəsi dollar qarşısında dəyişməz qaldığı üçün qeyd olunan ölkələrin milli valyutası qarşısında dəyəri azalıb.
Yanvarda manat ən çox Rusiya rublu qarşısında dəyərdən düşüb. Yanvar ayının əvvəli ilə müqayisədə bu gün Rusiya rublunun dəyəri manat qarşısında 4,97% artıb.
Müqayisə üçün yanvar ayının 5-i və 29-da manatın dollar və əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısındakı məzənnəsini təqdim edirik:

Göründüyü kimi, manat bu ay ərzində dollar istisna olmaqla əsas ticarət tərəfdaşımız olan ölkələrin – Çin, Böyük Britaniya, Avropa İttifaqı, Gürcüstan və Rusiyanın milli valyutaları qarşısında dəyəri azalıb. Cüzi artım isə Türkiyə və Belarusun mili valyutalarına nisbətdə qeydə alınıb. 
Bildiyimiz kimi, manatın dollar qarşısında sabit qalıb, digər valyutalar qarşısında ucuzlaşması dolların həmin valyutalar qarşısında ucuzlaşması ilə bağlıdır. Manatın məzənnəsi dollara nisbətən birbaşa, digər valyutalara nisbətən isə dollara əsasən müəyyən olunur.
Avro, funt-sterlinq və Rusiya rublu kimi valyutaların manata qarşısında bahalaşması o deməkdir ki, həmin ölkələrin pullarını almaq üçün yanvarın sonunda daha çox manat lazım olub. Məsələn, Avropadan mal idxal edən şirkət yanvarın əvvəlində 10 min avroluq məhsula təxminən 19 min 859 manat ödəyirdisə, ayın sonunda eyni mala artıq 20 min 386 manat ödəməli olur. Bu isə idxalı bahalaşdırır və daxildə qiymət artımına təsir göstərə bilər. Eyni zamanda, Türkiyə lirəsi, Belarus rublu və Ukrayna qrivnası ucuzlaşıb, yəni bu ölkələrdən mal almaq nisbətən daha sərfəli olub.
İxrac baxımından isə vəziyyət fərqlidir. Avro və funt-sterlinqin bahalaşması o deməkdir ki, Azərbaycan bu ölkələrə məhsul satanda eyni məbləğdə valyutanı manata çevirərkən daha çox manat əldə edir. Məsələn, Azərbaycan Çinə, Avropaya ya da Gürcüstana məhsul satıb əldə etdiyi valyutanı manata çevirəndə yanvarın əvvəlinə nisbətən daha çox manat alacaq. Bu, isə daha çox ixracatçılar üçün müsbət haldır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top