Zəngəzur dəhlizindən keçəcək xəttin inşasına başlanıldı – Fotolar


Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Bildirilir ki, “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur.
“Araz çayı boyunca, bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt “AzərEnerji” tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.
Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib”, - məlumatda deyilir.



DİGƏR XƏBƏRLƏR

Top