
“Kuba çökməyə çox yaxındır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı danışıb.
“Kuba hazırda çökməyə çox yaxın bir ölkədir. Onlar Venesueladan pul və neft alırdılar. Artıq bunu almırlar”, - Tramp bildirib.
Qeyd edək ki, yanvarın 24-ü “Politico” qəzeti Tramp administrasiyasının ölkə hökumətini dəyişdirmək məqsədilə neft tədarükünü kəsmək üçün Kubanın dəniz blokadası ehtimalını müzakirə etdiyini bildirib. Qəzetin mənbələrinə görə, dövlət katibi Marko Rubio neft blokadası ideyasını dəstəkləyir, lakin bu məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz