Özbəkistandan gətirilən 3 ton araxis məhv edildi – Fotolar


Uyğunsuzluq aşkarlanan 3 ton araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "MORS TRADİNG" MMC-nin  Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna baxış keçirilib.
“Laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
3 ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib”, - məlumatda deyilir.



DİGƏR XƏBƏRLƏR

Top