Tramp Putinlə çəkdirdiyi şəkli Ağ Evə asdı – Foto


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Alyaska sammitindən sonra ona verdiyi fotoşəkli Ağ Evin divarına asıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə PBS telekanalının jurnalisti Elizabeth Landers “X” sosial şəbəkə səhifəsində məlumat dərc edib.
O, Ağ Evin Qərb Qanadını Amerika Prezidentinin iqamətgahı ilə birləşdirən foyedə Tramp və Putinin Ankoric sammitindəki birgə şəklini gördüyünü bildirib.
Landers tərəfindən paylaşılan şəkildə, liderlərin birlikdə çəkdirdikləri şəklin altında nəvəsinin əlindən tutmuş Trampın çərçivəyə salınmış şəkli də görünür.
Digər tərəfdən, “RİA Novosti” agentliyi yazır ki, Ağ Evdə yerləşdirilən Tramp və Putinin fotoşəkli ölçü və kompozisiya baxımından Rusiya liderinin Alyaska sammitindən sonra amerikalı həmkarına göndərdiyi foto ilə eynidir.
Agentlik həmçinin Trampın eyni fotonu 22 avqustda Oval Ofisdə nümayiş etdirdiyini də qeyd edib.
Qeyd efək ki, keçən ilin avqust ayında Putin və Tramp yeddi ildən sonra ilk dəfə tammiqyaslı görüş keçiriblər.
Zirvə görüşü Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri Bazasında baş tutub, lakin heç bir razılaşma imzalanmayıb.
İki lider əsasən Ukraynadakı münaqişəyə son qoymaq, nüvə silahlarına nəzarəti həyata keçirmək, həmçinin ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrini bərpa etmək məsələlərini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top