Tramp tariflərdən gələn gəlirləri açıqladı


ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ABŞ üçün təxminən 600 milyard dollar gəlir gətirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Tariflər uğur üçün vacibdir. Biz tariflərdən 600 milyard dollar gəlir əldə etmişik”, - Tramp qeyd edib.
Prezident əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, ABŞ administrasiyası onlar üçün alternativ tapacaq.
Qeyd edək ki, 2 aprel 2025-ci ildə Tramp 185 ölkə və ərazidən gələn məhsullara tariflər elan edib. Prezident daha sonra bir neçə ölkədən gələn mallar üçün tarif dərəcələrini dəyişdirib. Bir qrup biznes nümayəndəsi ABŞ hökumətini tariflərin qanunsuz və özəl şirkətlər üçün zərərli olduğunu iddia edərək məhkəməyə verdikdən sonra məhkəmə prosesi başlayıb. 29 avqustda Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verib. 4 sentyabrda ABŞ administrasiyası əmri ləğv etmək üçün Ali Məhkəməyə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top