“Beynəlxalq Bank” onlarla qızıl-zinət əşyasını hərraca çıxarıb


“Azərbaycan Beynəlxalq Bankı” ASC çoxsaylı qızıl-zinət əşyalarını hərrac vasitəsilə satışa çıxarıb.
Yeniavaz.com
Əmlak Məsələləri Dövlət Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda satılan ən ağır çəkili qızıl-zinət əşyasında qızılın çəkisi 36 qram, əyarı 750, üzərindəki qiymətli daş isə 0,45 karat təşkil edir.
Ən yüngül çəkili qızıl-zinət əşyasında isə qızılın çəkisi 2,61 qram, əyarı 750, üzərindəki qiymətli daş isə 2,6 karat olub.
Qeyd edək ki, satışa çıxarılan əşyaların 158,12 qramı 583 əyarlı, 27,77 qramı 585 əyarlı, 439,86 qramı isə 750 əyarlı qızıldandır. Onların üzərindəki qiymətli daşlar isə ümumilikdə 65,5 karat təşkil edib.
Məlumat üçün onu da bildirək ki, hərraca çıxarılan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 165 min 417 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top