
“Meta”, “TikTok” və “YouTube” gənclər arasında ruhi sağlamlıq böhranını daha da şiddətləndirməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxacaqlar.
Yeniavaz.com RT telekanalına istinadla xəbər verir ki, internet nəhənglərinə qarşı irəli sürülən bu iddiaların çoxsaylı məhkəmə iddialarına səbəb ola biləcəyi istisna edilmir.
Məhkəmə iddiası 19 yaşlı kaliforniyalı gənc bir qadınla bağlıdır. Belə ki, o, bu platformalara aludə olmasının onda depressiyasının daha da dərinləşməsinə və intihar düşüncələrinin artmasına səbəb olduğunu iddia edib.
Telekanalın məlumatına görə, “Meta” şirkətinin rəhbəri Mark Zukerbergin məhkəmədə ifadə verməsi gözlənilir.
Telekanalın bildridiyinə görə, böyük ehtimal ki, “Meta” əks arqument kimi, şirkətin məhsullarının istifadəçilərin əqli sağlamlıq problemlərinə görə məsuliyyət daşımadığını müdafiə edəcək.
Digər tərəfdən, “Meta”nın sosial mediadan bir həftəlik fasilənin depressiyanı azaltdığını göstərən məlumatları gizlətdiyi aşkar edilib.
Qeyd edək ki, şirkət bundan əvvəl saxta reklamlar və qanunsuz sxemlər vasitəsilə milyardlarla dollar qazanmaqda ittiham olunmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz