
ABŞ-nin Florida ştatında bir kilsə inanclıları böyük məbləğdə ianə etməyə çağırıb və bunun müqabilində Tanrının onları milyonçu edəcəyinə inandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli “Premier Christian” portalı məlumat yayıb.
Bildirilir ki, özünü “ibadət rəhbəri” adlandıran pastor Todd Holl konfransda çıxış edərək Tanrının kiməsə nəhəng sərvət bəxş etməyə hazır olduğunu iddia edib.
Onun sözlərinə görə, bu, insanların 90 saniyə ərzində 10 min dollar ianə etməsi halında baş verəcək.
Həmin anların görüntüləri sosial şəbəkələrdə də yayılıb və keşiş kəskin tənqidlərə məruz qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz