
İtaliyanın “Kremoneze” futbol klubu İtaliya çempionatında “Sassuolo” ilə səfər oyunundan (0-1) sonra komandanın qapıçısı Emil Auderonı stadionda qoyub gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Məlumata görə, oyundan sonra qapıçı onu tez-tez oyunlara müşayiət edən iki jurnalistə müsahibə verdiyi və “Sassuolo”nun oyunçusu Cey İdzeslə söhbət etdiyi üçün gecikib.
Bu vaxt “Kremoneze”nin avtobusu stadiondan yola düşüb. Hadisədən sonra klub oyunçu üçün maşın ayırıb və o, yenidən Kremonaya komandanın yanina qayıdıb.
Qedy edək ki, 29 yaşlı Audero bu mövsüm “Kremoneze”də müxtəlif yarışlarda 19 oyun keçirib və 22 qol buraxıb. Audero əvvəllər İtaliyanın “Yuventus”, “İnter”, “Komo”, “Palermo” və “Sampdoriya” klublarında oynayıb. Qapıçı “Yuventus”la üç İtaliya çempionluğunu (2015, 2016 və 2017) və iki İtaliya Kubokunu (2016 və 2017) qazanıb. Audero həmçinin “İnter”lə İtaliya çempionluğunu (2024) qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz