Qrenlandiyada pinqvinlərin yaşamadığını “Ağ Ev”dəkilər bilmir? – Qalmaqal


Məlum olduğu kimi, 2 gün əvvəl “Ağ Ev”in rəsmi “Facebook” səhifəsində – “The White House”da paylaşılan foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, paylaşımda qarlı, dağlıq bir mənzərədə Prezident Donald Trampın əlində ABŞ bayrağı tutmuş pinqvinlə yanaşı addımlaması, qarşıda isə Qrenlandiya bayrağı təsvir olunub.
Şəklin üzərində isə “Embrace the penguin” (“Pinqvinlə qucaqlaşın”) yazılıb.

Paylaşımdan dərhal sonra minlərlə istifadəçi şərh bölməsində Qrenlandiyada pinqvinlərin yaşamadığını qeyd ediblər.
Qeyd edək ki, bütün bu iradlara baxmayaraq, “Ağ Ev” paylaşımı silməyib və rəsmi açıqlama da verməyib.
Şərh yazanlar həmçinin bildiriblər ki, “Ağ Ev”in rəsmi səhifəsində paylaşım edənlər Qrenlandiyada pinqvinlərin yaşamadığından məlumatsız olublar. Bəzi istifadəçilər qeyd ediblər ki, paylaşımlara Prezident Donald Trampın baş məsləhətçisi və onun çıxışlarını hazırlayan Stephen Miller nəzarət edir.

Məlumat üçün bildirək ki, 1985-ci ildə Kaliforniyada yəhudi əsilli ailədə anadan olan Stephen Miller 2025-ci ilin əvvəlindən Trampın müşaviri vəzifəsində işləyir. Bildirilir ki, Stephen Millerin anasının nənəsi ötən əsrin əvvəllərində Rusiyadan ABŞ-yə köçüb. Miller ABŞ-də ifrat sağçı və immiqrasiya əleyhdarı kimi tanınır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top