
Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Həmin kadrları təqdim edirik:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov jurnalistlərin suallarını cavablandırarkən “Report”a bildirib ki, ötən il Azərbaycana idxal edilən 421,5 ton portağal məhsullarında istifadəsinə yol verilməyən qida əlavələri (rəngləyici) müəyyən edilib və həmin meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb:
“Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib”.
Tətbiqimizi yükləyə bilərsiniz