Rəsmi Tehrandan etirazlarda 30 min insanın ölməsi iddialarına reaksiya


İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi Qərb mediasının ölkədəki iğtişaşlar zamanı 30 min insanın öldüyü barədə xəbərlərini təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat dərc edib.
“Hitler üslubunda böyük yalan: Məgər bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayı deyilmi?! Amma uğursuz oldular və indi mediada belə saxta məlumatlar yaymağa çalışırlar. Həqiqətən də qəddardırlar”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb. 23 yanvarda Əraqçi bildirib ki, mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top